Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanlı fizik-alimlər Almaniyada beynəlxalq konfransda çıxış ediblər
14.06.2016 14:35
  • A-
  • A
  • A+

Azərbaycanlı fizik-alimlər Almaniyada beynəlxalq konfransda çıxış ediblər

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi v.i.e., Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov və bu institutun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov Almaniyanın paytaxtı Berlin şəhərində təşkil olunmuş Spektroskopik ellipsometriya üzrə Beynəlxalq konfransda iştirak ediblər.

Dünyanın müxtəlif ölkələrindən 330-a yaxın nümayəndənin iştirak etdiyi konfransda N.Məmmədov “İnAs0,56 Sb0,44 epiktaksial təbəqələrinin dielektrik funksiyası və optik konstantları”, A.Bayramov isə “MoSe2 nazik təbəqələrinin ellipsometrik tətbiqi” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirdə məqsəd spektroskopik ellipsometriya sahəsində ən son tədqiqatların nəticələri ilə tanış olmaq, bu sahədə çalışan alimlərlə birgə fikir mübadiləsi aparmaq və elmi əlaqələr yaratmaq idi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: