Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“AMEA təsviri sənətdə” mövzusunda rəsm sərgisi keçiriləcək
16.06.2016 11:42
  • A-
  • A
  • A+

“AMEA təsviri sənətdə” mövzusunda rəsm sərgisi keçiriləcək

Bu ilin payızında növbəti Elm Festivalı çərçivəsində “AMEA təsviri  sənətdə” mövzusunda rəsm sərgisi keçiriləcək.

Sərgidə görkəmli alimlərin portretləri, AMEA-nın tarixini və bugününü əks etdirən əsərlər, həmçinin Akademiyanın elmi müəssisə və təşkilatlarının fəaliyyətinə dair rəsmlər nümayiş olunacaq.

Sərginin koordinatoru AMEA Memarlıq və İncəsənət İnstitutudur.

Sərgiyə əsərlərin qəbulu 15 oktyabr 2016-cı il tarixinə qədərdir.

Ünvan: Bakı şəh., H.Cavid prospekti, 115, AMEA-nın əsas binası, 4 mərtəbə, otaq 406.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: