Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İsmi Pünhan” şeirlər kitabı işıq üzü görüb
16.06.2016 13:59
  • A-
  • A
  • A+

“İsmi Pünhan” şeirlər kitabı işıq üzü görüb

Böyük saz-söz ustadı Molla Cumanın “İsmi Pünhan” adlı şeirlər kitabı nəfis tərtibatla nəşr olunaraq oxucuların ixtiyarına verilib.

Kitabda Molla Cuma sənətinin ecazkarlığını əks etdirən aşıq şeiri şəkillərindən ibarət örnəklər yer alıb.

Kitabın tərtibçiləri Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və Molla Cumanın nəticəsi Elman Əzizov, redaktoru isə Yeganə Məmmədovadır.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov kitaba yazdığı “Ön söz”də ustad aşığı istiqlal şəhidi adlandıraraq vurğulayıb: “Molla Cuma sadəcə olaraq saz çalan, söz qoşan, dastan söyləyən, məclis əhlini əyləndirən aşıqlardan deyildi. O, sözün əsl mənasında ərəb, fars, türk dillərini mükəmməl bilən, özündən sonra xalqına əlyazmaları halında qiymətli ədəbi irs qoyub gedən şairimizdəndir”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: