Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Rafael Hüseynov İtaliyada elmi ezamiyyətdə olub
17.06.2016 15:41
  • A-
  • A
  • A+

Akademik Rafael Hüseynov İtaliyada elmi ezamiyyətdə olub

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov 8-10 iyun 2016-cı il tarixlərində İtaliya Respublikasında elmi ezamiyyətdə olub.

Məqsəd Uilyam Şekspirin 400 illik yubileyi münasibətilə İtaliyanın Verona şəhərində ucaldılacaq Azərbaycan şairi və onun qəhrəmanlarının obrazlarının da öz əksini tapacağı heykəltəraşlıq kompleksi ilə əlaqədar detalların konkretləşdirilməsi idi. Səfər, həmçinin əsər hazır olduqdan sonra onunla bağlı mərasimlərin Veronada və Bakıda keçirilməsi haqqında danışıqlar aparmaq məqsədi daşıyırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: