Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

İordaniyanın ölkəmizdəki səfiri AMEA-nın Şərqşünaslıq İnstitutunda olub
21.06.2016 16:07
  • A-
  • A
  • A+

İordaniyanın ölkəmizdəki səfiri AMEA-nın Şərqşünaslıq İnstitutunda olub

İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nassar Habaşneh iyunun 21-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Səfir  institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva ilə görüşüb.

G.Baxşəliyeva qonağa institutun yaranma tarixi, strukturu və fəaliyyət istiqamətləri barədə məlumat verib. İnstitutun müxtəlif şöbələri üzrə aparılan aktual tədqiqat işlərindən danışan G.Baxşəliyeva ərəb ədiblərinin yaradıcılığı ilə bağlı həyata keçirilən layihələri xüsusi qeyd edib.

Ərəb ölkələrində baş verən hadisələrin Azərbaycan xalqı tərəfindən böyük ürək ağrısı ilə müşahidə edildiyini bildirən G. Baxşəliyeva İordaniyanın bu hadisələrdən ağrısız ötüşməsinin aparılan düşünülmüş siyasətin bəhrəsi olduğunu söyləyib.

İnstitutla tanışlıqdan məmnun olduğunu bildirən səfir bu elm müəssisəsində görülən işləri yüksək qiymətləndirib. Nassar Habaşneh görüşün qarşılıqlı əlaqələrin genişlənməsinə, səmərəli əməkdaşlığın başlanmasına təkan verəcəyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: