Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-da Elm Tarixi Muzeyi yaradılacaq
29.06.2016 12:21
  • A-
  • A
  • A+

AMEA-da Elm Tarixi Muzeyi yaradılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Elm Tarixi Muzeyi yaradılacaq. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iyunun 29-da Şamaxı şəhərində keçirilən növbəti iclasında qəbul edilib.

Məsələ ilə bağlı tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Azərbaycanda elmin populyarlaşdırılması, elmi nailiyyətlərin təbliği, gənc nəsildə elmə marağın artırılması, həmçinin Azərbaycan elminin keçdiyi tarixi yolu özündə əks etdirən eksponantların toplanılması və qorunub saxlanılması, ekspozisiya və sərgilərdə nümayişi məqsədilə AMEA-nın Elm Tarixi İnstitutunun nəzdində Elm Tarixi Muzeyinin yaradılmasına böyük ehtiyac olduğunu bildirib. Akademik muzeylərin Azərbaycan tarixi, ədəbiyyatı, mədəni irsinin qorunub saxlanılması və təbliği işində misilsiz rolundan bəhs edib. Bu qurumların maddi və qeyri-maddi mirasın xəzinələri olduğunu söyləyərək zəngin muzey şəbəkəsinə malik olan respublikamızın bütün şəhər və rayonlarında müxtəlif profilli muzeylərin yaradıldığını qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: