Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr” adlı ekspress-informasiya işıq üzü görüb
01.07.2016 10:38
  • A-
  • A
  • A+

“E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr” adlı ekspress-informasiya işıq üzü görüb

“İnformasiya texnologiyaları” nəşriyyatında “E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr” adlı ekspress-informasiya nəşr olunub.

Yeni nəşrin müəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev və institutun kiçik elmi işçisi Günay Niftəliyeva, elmi redaktoru institutun təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifovdur.

Nəşrdə elektron dövlət anlayışı, onun inkişaf modelləri təhlil edilib, elektron dövlətin analizində text mining və sosial şəbəkə analizi texnologiyalarının rolu araşdırılıb və bu istiqamətdə aparılan elmi-tədqiqat işlərinin müasir vəziyyəti təhlil edilib.

Araşdırma nəticəsində bu sahədə olan problemlər identifikasiya edilib, gələcək tədqiqat istiqamətləri müəyyənləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: