Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Misir Ərəb Respublikasının yeni səfiri ilə görüş keçirilib
08.07.2016 14:28
  • A-
  • A
  • A+

Misir Ərəb Respublikasının yeni səfiri ilə görüş keçirilib

Аkademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, Milli Məclisin Azərbaycan-Misir dostluq qrupunun rəhbəri, AMEA-nın müxbir üzvü  Gövhər Baxşəliyeva Misir Ərəb Respublikasının ölkəmizdəki yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Syuzan Qamil Hoahla görüşüb.

Misir səfirliyində baş tutan görüşdə tərəflər onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb, yeni seçilmiş Misir Parlamenti ilə Azərbaycan Respublikası Milli Məclisi arasında əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər. Azərbaycan və Misir xalqlarını birləşdirən çoxsaylı tarixi, dini, mədəni dəyərlərdən, iqtisadi və dostluq əlaqələrindən söhbət açıldığı görüşdə bu istiqamətdə yeni-yeni uğurların əldə edilməsinə dərin inam ifadə edilib.

G.Baxşəliyeva Misir səfirinə Azərbaycanda ərəbşünaslığın inkişafından, Şərqşünaslıq İnstitutunda bu sahədə görülən işlər haqqında ətraflı məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: