Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Gənc alimlərin birinci beynəlxalq elmi konfransı keçiriləcək
11.07.2016 10:51
  • A-
  • A
  • A+

Gənc alimlərin birinci beynəlxalq elmi konfransı keçiriləcək

Oktyabrın 17-18-də Gəncə Dövlət Universitetində gənc alimlərin birinci beynəlxalq elmi konfransı keçiriləcək.

Konfransın məqsədi gənclərin elmə marağını artırmaq, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək və bu sahədə əldə olunan təcrübələri paylaşmaqdır. Eyni zamanda, onların qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunması və həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.

Konfransda iqtisadiyyat, dəqiq və təbiət elmləri, filologiya bölmələri üzrə 40 yaşadək alimlər iştirak edə bilərlər.

Maraqlananlar elmi məqalələrinin tezislərini sentyabrın 15-dək elm@gdu.edu.az elektron ünvanına göndərməlidirlər.

Əlaqə nömrəsi: (+994 22) 256 33 58

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: