Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.07.2016 09:22
  • A-
  • A
  • A+

Azərbaycanlı geoloqlar italiyalı həmkarları ilə əməkdaşlığı inkişaf etdirirlər

Azərbaycanlı geoloqlar italiyalı həmkarları ilə əməkdaşlığı inkişaf etdirirlər

AMEA ilə İtaliyanın Milli Tədqiqat Şurası (İMTŞ-CNR) arasında bağlanmış yeni elmi əməkdaşlıq müqaviləsi çərçivəsində İMTŞ-nin Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutunun şöbə rəhbəri, professor Luçiano Teleska AMEA-nın Geologiya və Geofizika İnstitutunda olub.

Məqsəd CNR qrantı çərçivəsində İtaliyanın Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutu, AMEA-nın Geologiya və Geofizika İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları ilə birlikdə yerinə yetirilən “Azərbaycan ərazisinin məkan-zaman təhlili baxımından seysmikliyin və seysmik təhlükənin qiymətləndirilməsi” adlı müştərək layihənin ilkin nəticələrini müzakirə etmək idi.

Layihənin Azərbaycan tərəfindən rəhbəri, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və professor Luciano Teleska Qutenberq-Rixter qanunundakı parametrlərin müasir statistik üsul və yanaşmaların tətbiqi ilə analizinin zəlzələlərin məkan və zaman paylanmalarındakı yeni dinamik qanuna uyğunluqların müəyyənləşdirilməsinə imkan verdiyini söyləyiblər. Qərara alınıb ki, Azərbaycan ərazisi üçün alınan yeni nəticələr qırılma tektonikası və GPS tədqiqatlarından əldə edilən nəticələrlə müqayisəli təhlil olunaraq ərazinin seysmik təhlükə xəritəsinin yeni variantı üzrə işlər davam etdirilsin və ümumi nəticələr məqalə şəklində işlənib hazırlansın.

L.Teleska şöbədə aparılan və gələcəkdə nəzərdə tutulan tədqiqatları müsbət qiymətləndirib, bu işlərin müştərək davam etdirilməsini məqsədəuyğun hesab edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: