Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Güclü Günəş simulyatoru yaradılıb
26.07.2016 15:24
  • A-
  • A
  • A+

Güclü Günəş simulyatoru yaradılıb

Çinin Aerokosmik Elmlər, Sənaye və İnformasiya Texnologiyaları Akademiyasının alimləri təbii günəş işığından daha parlaq işıq verən güclü Günəş simulyatoru yaradıblar.

Diametri 5 metr təşkil edən qurğudan Mars planetinə göndəriləcək aparatların və kosmik zondların sınaqları zamanı istifadə planlaşdırılır.

“Aerospace Knowledge” jurnalının baş redaktoru Van Yananın sözlərinə görə, günəş şüalanmasının intensivliyi belə aparatların istismar müddətinə və iş rejiminə təsir edən mühüm amillərdən biridir. Bütün işığahəssas avadanlıqlar, məsələn, fotoelektrik sistemlər və termotənzimləyici örtüklər istifadədən əvvəl Günəş simulyatoru vasitəsilə mütləq ilkin sınaqdan keçirlər. Belə qurğulardan adətən kosmik aparatların yaradılması zamanı radiasiya təsirinə meylli materialların sınaqları, istilik balansının ölçülməsi və günəş batareyalarının yoxlanılması üçün istifadə olunur.

Çinin ABŞ, Yaponiya və Fransa kimi kosmik məkanın tədqiqində lider olmamasına baxmayaraq, ölkə tədqiqatçıları yeni kəşfin onlara bu istiqamətdə xeyli irəliləməyə kömək edəcəyinə ümid edirlər. Həmçinin Çin 2020-ci ilədək Marsa aparat göndərməyi, 2022-ci ilədək pilotlu kosmik stansiya tikməyi planlaşdırır.

www.info.sibnet.ru

  • Paylaş: