Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

III Beynəlxalq multikulturalizm məktəbi başa çatıb
28.07.2016 09:59
  • A-
  • A
  • A+

III Beynəlxalq multikulturalizm məktəbi başa çatıb

Prezident İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi başa çatıb.

Bu münasibətlə III Beynəlxalq multikulturalizm məktəbinin rəsmi bağlanış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev çıxış edərək Azərbaycan Prezidentinin salamlarını iştirakçılara çatdırmaqdan böyük şərəf hissi duyduğunu bildirib: Dövlət müşaviri deyib: “Yay və qış multikulturalizm məktəblərinin keçirilməsi Prezident İlham Əliyevin ideyasıdır və dövlət başçılarının arzularından biri də budur ki, Azərbaycanın gənc vətəndaşlarının xaricdə intellektual dostları artsın.

Kamal Abdullayev beynəlxalq multikulturalizm məktəbinin baş tutması üçün səy göstərən hər kəsə - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bilik Fondunun əməkdaşlarına, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, AMEA-ya, multikulturalizm yay məktəbinin keçirildiyi bölgələrin icra strukturlarına və yerli əhaliyə, Azərbaycan mətbuatına təşəkkürünü bildirib.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli III Beynəlxalq multikulturalizm məktəbini Azərbaycan multikulturalizminin dünyada tanıdılması baxımından xüsusi hadisə kimi səciyyələndirib.

Sonra Yunanıstandan olan tələbə Dimitrios Asproulis “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçılarının Prezident İlham Əliyevə müraciətini səsləndirib.

Sonda BBMM-in və Bilik Fondunun icraçı direktorları Azad Məmmədov və Oktay Səmədov III Beynəlxalq multikulturalizm məktəbi iştirakçılarına sertifikat və hədiyyələr təqdim ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

  • Paylaş: