Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” mövzusunda konfrans keçiriləcək
07.09.2016 10:17
  • A-
  • A
  • A+

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” mövzusunda konfrans keçiriləcək

Sentyabrın 8-də saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Tədbir AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılacaq.

Konfransda “Vicdan azadlığının və ana dilində danışmaq hüququnun konstitusion hüquqi təminatı”, “Müasir Azərbaycanda dövlət-din münasibətləri”, “Azərbaycan tatlarının dilinin etnoqrafik leksikasına dair Azərbaycan dilinin nitq mədəniyyəti problemləri”, “Qafqaz xalqlarının dilində işlənən “kotan” termini qədim mədəni əlaqələrin yadigarı kimi”, “Azərbaycan Respublikasında milli azlıqların mədəni irsinin qorunması və inkişafı”, “Heydər Əliyev Azərbaycanda multikulturalizmin siyasi banisi kimi” və digər mövzularda məruzələr dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: