Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik İradə Hüseynova “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub
05.08.2016 10:31
  • A-
  • A
  • A+

Akademik İradə Hüseynova “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.

Alim bu mükafata istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, ali bitkilərin fotosintetik membranlarının əsas struktur-fuksional komponentləri olan piqment-zülal komplekslərinin sintezi, yığılması, formalaşması proseslərinin molekulyar-genetik mexanizimlərinin kompleks şəkildə tədqiqi sahəsində apardığı uğurlu araşdırmalarına, elmi-publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və biologiya elminin inkişaf tarixində göstərdiyi xidmətlərinə görə layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: