Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qurban Yetirmişli: "Yeni qanun Azərbaycan elminin daha yüksək səviyyəyə qalxmasına töhfələrini verəcək"
12.08.2016 09:27
  • A-
  • A
  • A+

Qurban Yetirmişli: "Yeni qanun Azərbaycan elminin daha yüksək səviyyəyə qalxmasına töhfələrini verəcək"

AR Prezidenti cənab İlham Əliyevin "Elm haqqında" Qanunu təsdiq etməsi elm ictimaiyyəti və alimlər tərəfindən xoş hadisə kimi qarşılandı. Çünki bugünədək Azərbaycanda elmi fəaliyyətin tənzimlənməsini və həyata keçirilməsini təmin edən qanunvericilik bazası mövcud deyildi. Yeni Qanunda elmi sahənin inkişaf etdirilməsi, eləcə də elmi fəaliyyətlə bağlı bir sıra mühüm məsələlər əksini tapmışdır.

Belə ki, Qanuna əsasən alimlər müəllifi olduqları ixtiralara görə istehsal müəssisələrindən gəlir əldə edə, eyni zamanda peşələrinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər. Bu isə elm adamlarına praktiki olaraq məşğul olduqları sahələr üzrə həm fəaliyyətlərini genişləndirməyə, həm də daha böyük elmi-tədqiqatların aparılmasını stimullaşdırmağa imkan verəcək. Hesab edirəm ki, yeni qanunun qəbulu gənc alim və mütəxəssislərin elmə maraqlarının artmasına və Azərbaycan elminin daha yüksək səviyyəyə qalxmasına öz töhfələrini verəcək.

Qurban Yetirmişli, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: