Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Biomüxtəlifliyin mühafizəsinə innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək
16.08.2016 14:10
  • A-
  • A
  • A+

“Biomüxtəlifliyin mühafizəsinə innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək

2-4 oktyabr 2016-cı il tarixlərində AMEA Botanika İnstitutunun 80 illik yubileyinə həsr olunan “Biomüxtəlifliyin mühafizəsinə innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfransın təşkilatçıları AMEA-nın Botanika, Molekulyar Biologiya və Biotexnologiyalar institutları və Mərkəzi Nəbatat Bağıdır.

Yubiley konfransının məqsədi respublikada botanika elminin tarixi inkişaf mərhələlərini nəzərdən keçirmək və müasir vəziyyətini qiymətləndirmək, biomüxtəlifliyin saxlanmasında innovativ botaniki tədqiqatlarının rolunu müəyyənləşdirməkdir.

Konfransda botanika elminin müxtəlif sahələri (sistematika, geobotanika, floristika, alqologiya, lixenologiya, briologiya, mikologiya, bitki fiziologiyası, botaniki ehtiyatşünaslıq, bitkilərin molekulyar biologiyası və biotexnologiyası, bioinformatika, bitki aləminin mühafizəsi, introduksiya, botaniki təhsil) üzrə aparıcı alim və mütəxəssislərin məruzələri dinlənəcək.

Konfrans aşağıdakı bölmələr üzrə təşkil olunacaq:

Botaniki tədqiqatların tarixi və müasir vəziyyəti

- Taksonomik problemlərə yeni yanaşmalar

- Sistematika və bitkilərin təkamülü

- Biomüxtəliflik və ekosistemlər

- Bitki ehtiyatlarının mühafizəsi

Botanika bağlarının biomüxtəlifliyin saxlanmasında rolu

- Biomüxtəlifliyin ex situ və in situ saxlanılması

- Botanika bağlarında botaniki kolleksiyaların təşkili

- Urbanizasiya şəraitində bitkilərin introduksiyası

- Botaniki elminin populyarlaşdırılması

Qlobal ekoloji dəyişikliklər aləmində bitkilər

- Bitkilər və ətraf mühitın sağlamlığı

- Bitkilərin biotik və abiotik stress faktorlara, azməhsuldar torpaq şəraitinə adaptasiyası

- Bitkilərin qidalanması və ərzaq təhlükəsizliyi

- İqlim dəyişiklikləri və bitki ehtiyatları

- Göbələk-bitki qarşılıqlı əlaqələri

Ərzaq və kənd təsərrüfatı üçün biomüxtəliflik

- Fotosintez və ətraf mühitin stress amillərinin tənzimlənməsi

- Bitki virus və fitoplazmalarının biomüxtəlifliyi

- Bitki biotexnologiyasının son nailiyyətləri

- Bioinformatika elminin bitki biomüxtəlifliyində tətbiqi

- Molekulyar filogeniya və təkamül

Konfransın açılışı Bakı şəhərində AMEA Alimlər Evində, seksiyalar üzrə iclaslar isə AMEA-nın Botanika, Molekulyar Biologiya və Biotexnologiyalar institutlarında və Mərkəzi Nəbatat Bağında 2-4 oktyabr 2016-cı il tarixlərində keçiriləcək. Tədim olunan tezislər konfransın Elmi Komitəsinin üzvləri tərəfindən nəzərdən keçiriləcək.

Konfransın materialları ayrıca kitab şəklində nəşr ediləcəkdir. Tezislər bir səhifə olmaqla ingilis dilində təqdim olunmalıdır. Konfransın proqramına daxil ediləcək məruzələr Təşkilat Komitəsi tərəfindən seçiləcək.

Ünvan: Bakı şəh., Badamdar yolu, 40

Tel.: (+994 12) 502 4394, 497 0994, 538 1164

Faks: (+994 12) 4970994

E-mail: direktor@botany.science.az; elnaraorujova@gmail.com; i_guseinova@mail.ru; v.farzaliyev@yahoo.co.uk

Ətraflı məlumat -  http://www.botany.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: