Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

KOMSATS İnformasiya Texnologiyaları İnstitutunun alimi Pakistanın ən yüksək mülki mükafatına layiq görülüb
22.08.2016 09:27
  • A-
  • A
  • A+

KOMSATS İnformasiya Texnologiyaları İnstitutunun alimi Pakistanın ən yüksək mülki mükafatına layiq görülüb

Pakistanın Komsats İnformasiya Texnologiyaları İnstitutunun Riyaziyyat Fakültəsinin professoru Məhəmməd Aslam Nur riyaziyyat elmləri sahəsində göstərdiyi xidmətlərə və əldə etdiyi nailiyyətlərə görə cari il avqustun 14-ndə Pakistan hökumətinin ən yüksək mülki mükafatı olan Stara-i-İmtiaz-a layiq görülüb.

Bu barədə məlumatı alim Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, dünyada çap olunan elmi jurnallar sırasında getdikcə yerini möhkəmləndirən “Applied and Computational Mathematics” jurnalının baş redaktorlarından biri, akademik Fikrət Əliyevə məktubunda bildirib. O, məktubda mükafata layiq görülməsində akademik Fikrət Əliyevin rolunu xüsusi vurğulayıb.

Qeyd edək ki, Aslam Nur həm də Azərbaycanın ilk impakt faktorlu “Applied and Computational Mathematics” jurnalının redaksiya heyətinin üzvüdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: