Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Saxta və vaxtı ötmüş dərmanların müəyyənləşdirilməsi üçün indikator yaradılıb
23.08.2016 15:34
  • A-
  • A
  • A+

Saxta və vaxtı ötmüş dərmanların müəyyənləşdirilməsi üçün indikator yaradılıb

ABŞ-ın Hemlayn və Notr-Dam universitetlərinin tədqiqatçılar qrupu saxta və ya vaxtı ötmüş dərmanların aşkarlanması üçün nəzərdə tutulan sadə və ucuz test sistemi hazırlayıb.

Qiyməti 1 dollara yaxın olan sistem mum arakəsmələrlə bölünmüş 12 zolaqlı kağız əsasdan ibarətdir. Zolağın hər birində təsirli maddələrin funksional qruplarını, onların ayrılma məhsullarını və təsirsiz dərman aşqarlarını müəyyənləşdirə bilən indikatorlar dəsti yer alıb.

Analizin aparılması üçün dərmanı əzərək tozu 12 zolağın üzərinə sürtmək, daha sonra test sisteminin alt hissəsini 3 dəqiqə suya salmaq kifayətdir. Dərmanın təsiri nəticəsində zolaqlar müxtəlif rənglərə boyandıqdan sonra onlar etalon nümunəsi ilə müqayisə edilir. Müqayisəni həm gözəyarı, həm də xüsusi mobil əlavə vasitəsilə aparmaq olar.

İndikatorun test nümunələri yüksək temperaturun təsirinə məruz qalmış antibiotikləri, eləcə də Keniya və Uqanda istehsalı olan saxta dərman nümunələrini uğurla müəyyənləşdirib.

Testin mövcud versiyaları daha çox saxtalaşdırılan geniş yayılmış antibiotiklərin analizi üçün nəzərdə tutulub. Həmçinin bu dərmanlar isti ölkələrdə yüksək temperatur təsirinə dözmür və daşınma və saxlama şəraiti pozulduqda tez parçalanırlar.

Perspektivdə texnologiya yaradıcıları sistemdən qanunsuz psixotrop dərmanların, eləcə də bioloji aktiv əlavələrin farmakoloji komponentlərinin tez aşkarlanması üçün istifadə etməyi planlaşdırırlar.

Qeyd edək ki, dünyada saxta və keyfiyyətsiz dərmanlar problemi geniş yayılıb və hər il belə dərmanların qəbulu nəticəsində xəstəliklərdən 300 minə yaxın insan həyatını itirir.

www.nplus1.ru

  • Paylaş: