www.science.az
30.01.2014 00:00

Akademik Telman Əliyev Beynəlxalq İnvestisiya Arktik Sammitində iştirak üçün dəvət alıb

 

AMEA Kibernetika İnstitutunun direktoru, akademikTelman Əliyev 27 fevral 2014-cü il tarixində Moskva şəhərində “Şimali dəniz yolu. Arktik regionun infrastrukturu və nəqliyyat-informasiya sistemi” mövzusunda keçirilənBeynəlxalq İnvestisiya Arktik Sammitində iştirak edəcək.

Arktik İctimai Elmlər Akademiyasının dəstəyi ilə keçirilən sammit çərçivəsində təşkil olunan “Şimalda həyat fəaliyyətinin təmin olunmasının innovativ texnologiyaları” mövzusunda dəyirmi masada T.Əliyevin “Texniki obyektlərin qəza vəziyyətinə keçidinin gizli dövrünün noise texnologiyaları və monitorinq sistemləri” mövzusunda məruzə ilə çıxış etməsi nəzərdə tutulur.

Qeyd edək ki, sammitin keçirilməsində əsas məqsəd Arktik Şura ölkə rəhbərlərinin, nəzarətedici ölkələrin, maliyyə-sənaye sektorunun top-menecmentinin iştirakı ilə arktik region məsələlərinin həlli, elm və biznesin inteqrasiyası, ideyalar “bankı” və praktiki tətbiq etmək üçün elmi layihələrin hazırlanması məqsədilə dayanıqlı beynəlxalq platformanın yaradılmasıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.