Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Akademik Əhliman Əmiraslanov YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Kafedralar Şəbəkəsinin rəhbəri ilə görüşüb
14.09.2016 14:42
  • A-
  • A
  • A+

Akademik Əhliman Əmiraslanov YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Kafedralar Şəbəkəsinin rəhbəri ilə görüşüb

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, YUNESKO yanında “Bioetika, Elmi Biliklərin və Texnologiyaların Etikası” Milli Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Kafedralar Şəbəkəsinin rəhbəri, professor Amnon Karmi ilə görüşüb.

Görüşdə “Bioetika, Elmi Biliklərin və Texnologiyaların Etikası” üzrə Milli Komitəsinin sədr müavinləri - akademik İradə Hüseynova, tibb üzrə elmlər doktoru Vüqar Məmmədov və komitənin elmi katibi b.ü.f.d. Gülnarə Balakişiyeva iştirak ediblər.

Qonağı salamlayan akademik Əhliman Əmiraslanov Azərbaycanda bu komitənin yaranma tarixi, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə məlumat verib. Akademik bildirib ki, ökəmizdə komitə 1999-cu ildə yaranmış və ona görkəmli alim, akademik Cəlal Əliyev rəhbərlik etmişdir. Azərbaycan MDB məkanında Rusiya və Ukraynadan sonra bu komitənin yaradıldığı üçüncü ölkədir. Qeyd olunub ki, Azərbaycanda uzun illərdir bir çox təşkilatlarda, o cümlədən Azərbaycan Tibb Universitetində Bioetika kafedrası uğurla fəaliyyət göstərir. YUNESKO-nun Bioetika Komissiyası ilə Milli Komitə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən Ə.Əmiraslanov gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Professor Amnon Karmi də öz növbəsində rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. O, gələcəkdə yerli, regional və beynəlxalq konfransların keçirilməsi ilə bağlı proqramın hazırlanmasını təklif edib.

Təkliflər Milli Komitənin  rəhbərliyi tərəfindən rəğbətlə qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: