Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər Vyanada beynəlxalq tədbirdə iştirak ediblər
16.09.2016 15:43
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Vyanada beynəlxalq tədbirdə iştirak ediblər

Geologiya və Geofizika İnstitutunun Elmi Şurasının üzvü, akademik Pərviz Məmmədov, həmin institutun Quyuların qazılması texnologiyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev və gənc doktorant İqor Pirverdiyev Avstriyanın paytaxtı Vyanada keçirilmiş “Qeyri-səlis sistemlər və kompyuter texnologiyalarının tətbiqi” mövzusunda XXII beynəlxalq konfransda iştirak ediblər.

İki günlük tədbirə ABŞ, Kanada, Almaniya, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən 50-dən çox alim və mütəxəssis qatılıb.

Beynəlxalq konfransda azərbaycanlı alimlər “FCM alqoritmindən istifadə etməklə geoloji obyektlərin təsnifatı və məhlulun udulma dərəcəsinin qiymətləndirilməsi” və “Qeyri-səlis klaster analizin vasitəsilə nasosun effektivliyini təyin edən amillərin onun işinə təsirinin təhlili” adlı məruzələrlə çıxış ediblər.

Məruzələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: