Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Geologiya və Geofizika İnstitutu ilə Miçiqan Universiteti arasında memorandum imzalanıb
21.09.2016 11:46
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutu ilə Miçiqan Universiteti arasında memorandum imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu ilə Miçiqan Universiteti (MU) arasında elmi əməkdaşlığa dair memorandum imzalanıb. Sənədə əsasən GGİ və ABŞ universitetinin Yer və Ətraf Mühit Elmləri Departamenti Böyük və Kiçik Qafqazın geoloji tarixi, tektonik quruluşu və seysmik təhlükələri istiqamətlərində birgə tədqiqatlar aparacaq, elmi nəticələri paylaşacaqlar.

Üçillik razılaşma AMEA-nın prezidenti, GGİ-nin direktoru, akademik Akif Əlizadə və MU-nun layihələr üzrə təmsilçisi Ryan Lankton tərəfindən imzalanıb.

Qarşılıqlı işlərə hər iki tərəfdən kadrlar cəlb olunacaq, təlim, seminar və mühazirələr keçiriləcək. Gənc kadr hazırlığı və təcrübə mübadiləsi də memorandumda nəzərdə tutulan məsələlər sırasındadır. Azərbaycan və ABŞ alimləri regionda çöl tədqiqatlarına da çıxacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: