Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Milli Azərbaycan Tarixi Muzeyi Rusiya Dövlət Ermitajına etiraz məktubu göndərib
23.09.2016 11:30
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyi Rusiya Dövlət Ermitajına etiraz məktubu göndərib

Sentyabrın 22-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının iclası keçirilib.

İclasda Rusiya Dövlət Ermitajında 26-29 sentyabr tarixlərində keçiriləcək II Beynəlxalq Şərq numizmatikası konfransının proqramına A.Akopyanın və P.Petrovun “Şərqi Ermənistan xanlıqlarında (İrəvan, Naxçıvan, Qarabağ, Gəncə) sikkə işi (1747-1827)” adlı məruzəsinin daxil edilməsi ilə bağlı Ermitajın direktoru M.B.Piotrovskiyə və konfransın Təşkilat Komitəsinə müraciət qəbul olunub. Müraciətdə saxta erməni iddialarına söykənən məruzə müəlliflərinin qondarma “Şərqi Ermənistan” adı altında əzəli Azərbaycan torpaqlarını təqdim etməsinə etiraz bildirilib. Sənəddə qeyd olunub ki, bu cür iddialar tarixi həqiqətə, ilk mənbələrə ziddir və növbəti erməni təxribatının bariz nümunəsidir. 

Müraciətdə Elmi Şuranın üzvləri A.Akopyanın və P.Petrovun məruzəsinin konfransın proqramından çıxarılmasını tələb ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: