Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ceyranbatan su təmizləmə sistemi elmin ən son nailiyyətləri əsasında qurulub
27.09.2016 12:33
  • A-
  • A
  • A+

Ceyranbatan su təmizləmə sistemi elmin ən son nailiyyətləri əsasında qurulub

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Ceyranbatan su təmizləmə sisteminin işi ilə tanış olub.

Sonra V.Abbasov “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ilə müasir təmizləmə sistemi ilə bağlı geniş fikir mübadiləsi aparıb və əməkdaşlıq məsələlərini müzakirə edib.

Q.Hüseynov perspektiv planlar haqqında məlumat verərək, elmi və praktiki əməkdaşlıq sahəsində birgə fəaliyyətin məqsədəuyğunluğunu qeyd edib. Razılaşdırılıb ki, AMEA ilə imzalanmış memoranduma uyğun olaraq əməkdaşlıq müqavilələri hazırlansın.

Akademik V.Abbasov yeni sutəmizləmə sisteminin elmin ən son nailiyyətləri əsasında qurulduğunu, ölkəmiz və xüsusən də onun paytaxtı üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Eyni zamanda ölkənin əksər yaşayış məskənlərinin yüksək keyfiyyətli içməli su ilə təmin edilməsini, rayon mərkəzlərində mərkəzləşmiş su-kanalizasiya sistemlərinin yaradılmasını “Azərsu” ASC-nin böyük uğuru kimi dəyərləndirib.

Görüşdə geniş əməkdaşlıq spektrləri müəyyənləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: