Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Türkiyənin “AYESAŞ” şirkəti ilə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında müdafiə sənayesi sahəsində anlaşma memorandumu imzalanıb
03.10.2016 13:07
  • A-
  • A
  • A+

Türkiyənin “AYESAŞ” şirkəti ilə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında müdafiə sənayesi sahəsində anlaşma memorandumu imzalanıb

Bakıda “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Türkiyənin “AYESAŞ” şirkəti ilə AMEA-nın M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

Sənədi AYESAŞ-ın baş direktoru Əziz Sipahi və Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev imzalayıblar.

Memoranduma əsasən, Azərbaycan və Türkiyə ilə yanaşı, digər ölkələr üçün də birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: