Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kimya sahəsində Nobel mükafatı laureatlarının adları elan edilib
05.10.2016 14:40
  • A-
  • A
  • A+

Kimya sahəsində Nobel mükafatı laureatlarının adları elan edilib

İsveç Kral Elmlər Akademiyası yanında Nobel Komitəsi 2016-cı il üçün kimya sahəsində Nobel mükafatının molekulyar maşınların dizaynı və sintezi işində kəşflərinə görə üç alimə - fransalı Jan-Pier Suvaja, şotlandiyalı J.Frezer Stoddarta və hollandiyalı Bernard L.Ferinqaya verildiyini elan edib.

nobelprize.org saytı xəbər verir ki, alimlər dünyanın ən kiçik mexanizmlərini hazırlayıblar. Bu molekulyar mexanizmlər yeni növ materiallar, sensorlar və enerji saxlama sistemlərinin hazırlanmasında istifadə olunacaq.

Mükafatın təqdim edilməsi mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında keçirilir. Fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç Kralı tərəfindən, sülhün qorunması sahəsində mükafat isə Osloda, Şəhər Ratuşasında Norveç Kralının və Kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir.

 

 

  • Paylaş: