Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.10.2016 10:39
  • A-
  • A
  • A+

Azərbaycan alimi "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı ilə təltif edilib

Azərbaycan alimi "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı ilə təltif edilib

"Avropa Nəşr Mətbu Evi" mükafat komissiyasının qərarına əsasən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dalğa dinamika şöbəsinin baş elmi işçisi, f.-r.e.d. Nazilə Rəsulova "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı və diplomu ilə təltif olunub.

Alim bu mükafata milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, bir ölçülü olmayan elastodinamika məsələlərinin dəqiq, analitik həlll metodlarının tədqiqi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkənin riyaziyyat elminin inkişaf tarixində əvəzsiz xidmətlərinə görə layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: