Oktyabrın 12-də AMEA Rəyasət Heyətində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) 60 illik yubileyi ilə əlaqədar həmin quruma üzv ölkələrin Səlahiyyətli Nümayəndələri Komitəsinin sədri yanında İşçi Qrupunun müşavirəsi keçiriləcək.
Oktyabrın 13-14-də isə AMEA-nın Alimlər Evində BNTİ-nin 60 illik yubilieyinə və müstəqil Azərbaycanla əməkdaşlığın 25 illiyinə həsr olunan “BNTİ günləri” təşkil olunacaq.
Tədbirlərdə yerli alimlərlə yanaşı, quruma üzv ölkələrin 50-ə yaxın nümayəndəsi də iştirak edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.