Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Belarus Respublikasında və Rusiya Federasiyasında ezamiyyətdə olub
10.10.2016 12:31
  • A-
  • A
  • A+

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Belarus Respublikasında və Rusiya Federasiyasında ezamiyyətdə olub

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev 27-29 sentyabr 2016-cı il tarixlərində Belarusun Minsk şəhərində keçirilən “Müstəqil Dövlətlər Birliyinin 25 illiyi: yekunlar və perspektivlər” adlı beynəlxalq elmi-praktiki konfransda iştirak edib. Tədbir Müstəqil Dövlətlər Birliyinin yaranmasının 25 illiyinə həsr olunub.

Azərbaycan alimi, həmçinin 01-05 oktyabr 2016-cı il tarixlərində Rusiyada elmi ezamiyyətdə olub. Məqsəd Tatarıstan Respublikası Elmlər Akademiyasının yaranmasının 25 illik yubiley tədbirində və İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin müdafiə şurasının iclasında doktorluq dissertasiyasının opponenti qismində iştirak etmək və əməkdaşlıq perspektivlərini müzakirə etmək olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: