Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.10.2016 09:20
  • A-
  • A
  • A+

“Müstəqillik illərində Azərbaycan və MDB ölkələrinin incəsənəti” mövzusunda konfrans keçirilib

“Müstəqillik illərində Azərbaycan və MDB ölkələrinin incəsənəti” mövzusunda konfrans keçirilib

Oktyabrın 10-da AMEA-nın Əsas binasında Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Müstəqillik illərində Azərbaycan və MDB ölkələrinin incəsənəti” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunub.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Azərbaycan Respublikasının son 25 ildə keçdiyi böyük inkişaf yolundan danışıb. Alim həmin dövrdə paytaxtda bütün sahələrdə olduğu kimi şəhərsalma və memarlıq sahəsində də mühüm nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransın mövzusunun aktuallığını qeyd edib. AMEA-da dövlət müstəqilliyinin 25 illiyi ilə bağlı tədbirlərə start verildiyini deyən İ.Həbibbəyli qeyd edib ki, Azərbaycan dövləti qısa müstəqillik tarixində bir sıra uğurlara imza atıb.

Konfransda “Müstəqil türk ölkələrinin boyakarlığında Qorqud surəti”, “Musiqi türkologiyasının əsasları”, “Müstəqillik illərində Azərbaycan memarlığının inkişafı”, “Azərbaycanda müasir xalça sənətinin inkişafı” və digər mövzularda məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: