AMЕA-nın Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə “Müstəqillik illərində Naxçıvan” adlı sərgi təşkil olunub.
Sərgidə “Heydər Əliyev idealarının zəfər yürüşü”, “Müstəqilliyimiz əbədidir”, “İnkişaf-məqsədimizdir”, “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar”, “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində”, “Naxçıvan: dövlət müstəqilliyi uğurunda mübarizənin dayağı”, “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər)” və digər kitablar nümayiş olunur.
Sərgidə, həmçinin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafının təmin olunmasında əvəzsiz xidmətləri olan böyük öndər Heydər Əliyevin nəsillərə nümunə ola biləcək həyat və siyasi fəaliyyətini əks etdirən qəzet, jurnal və toplu materialları da ziyarətçilərin ixtiyarına verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.