Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycan iqtisadiyyatı – 25:  Keçilmiş yola və gələcəyə baxış” mövzusunda konfrans keçiriləcək
17.10.2016 09:51
  • A-
  • A
  • A+

“Azərbaycan iqtisadiyyatı – 25: Keçilmiş yola və gələcəyə baxış” mövzusunda konfrans keçiriləcək

Oktyabrın 18-i saat 11:00-da  AMEA-nın Əsas binasında İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatı – 25:  Keçilmiş yola və gələcəyə baxış” mövzusunda elmi  konfrans keçiriləcək. 

Tədbirdə “Müstəqillik illərində demoqrafik vəziyyət və məşğulluq: reallıqlar və problemlər”, “Dərin böhrandan hərtərəfli inkişafa gedən yol”, “Yaxın gələcəyin hədəfləri: postneft iqtisadiyyatı quruculuğu”, “Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası: gələcək haqqında düşüncələr” mövzularında məruzələr dinləniləcək.

Ünvan: Bakı şəh., H.Cavid pr.115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: