Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun bir qrup alimi mükafatlandırılıb
17.10.2016 10:22
  • A-
  • A
  • A+

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun bir qrup alimi mükafatlandırılıb

Məlum olduğu kimi, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) 60 illiyi və bu elmi təşkilatın müstəqil Azərbaycanla əməkdaşlığının 25 illiyi münasibətilə “Azərbaycan Respublikasında BNTİ günləri” keçirilib.

Bu məqsədlə təşkil olunan təqdimetmə mərasimində BNTİ-nin bir qrup alimi mükafatlandırılıb.

Tədbirdə BNTİ-nin direktoru, akademik Viktor Matveyevə Nəsrəddin Tusi adına medal, BNTİ-nin Səlahiyyətli Nümayəndələri Komitəsinin sədri Laçezar Kostov, Çexiya Texniki Universitetinin Tətbiqi və Eksperimental Fizika İnstitutunun direktoru İvan Ştekl,  Mariya Küri Sklodovkaya adına Fizika İnstitutunun direktoru Meçislav Budzınıskiy, BNTİ-nin baş elmi katibi Nikolay Rusakoviç və həmin təşkilatın Elmi-tədris mərkəzinin direktoru Stanislav Papulyaka AMEA-nın 70 illik medalı və xatirə hədiyyələri təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: