Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-nın Polimer Materialları İnstitutunun 50 illik yubileyinə həsr olunan tədbir keçiriləcək
17.10.2016 13:18
  • A-
  • A
  • A+

AMEA-nın Polimer Materialları İnstitutunun 50 illik yubileyinə həsr olunan tədbir keçiriləcək

Oktyabrın 20-də saat 11:00-da Sumqayıt Döv­lət Universitetində AMEA-nın Polimer Materialları İnstitutunun 50 illik yubileyinə həsr olunan “Makromolekullar kimyası, üzvi sintez və kompozit materiallar” möv­zu­­sun­da Respublika elmi konfransı keçiriləcək.

İki gün davam edəcək tədbirdə “Funksional monomerlərin, oliqomerlərin və polimerlərin yeni sintez üsulları və xassələri,  polimerlərin mo­di­fikasiyası”, “Xüsusi təyinatlı polimer materiallar, poli­merləş­mə və polimer katalizi, polimer quruluşlu qeyri-üzvi birləşmələr”, “Po­limer (nano) kompozisiya materialları, polimerlərin emalı və tətbiqi”, “Polimer materiallarının ekoloji problemləri, neft emalında, neft-kim­ya pro­seslərində və ətraf mühitin qorunmasında istifadə olunan oliqomer və po­li­­mer reagentlər” bölmələri üzrə məruzələr dinləniləcək. 

Ünvan: Sumqayıt şəhəri, 43-cü məhəllə.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

   

  • Paylaş: