Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.10.2016 13:25
  • A-
  • A
  • A+

“Azərbaycan iqtisadiyyatı-25: keçilmiş yola və gələcəyə baxış” mövzusunda konfrans keçirildi

“Azərbaycan iqtisadiyyatı-25: keçilmiş yola və gələcəyə baxış” mövzusunda konfrans keçirildi

Oktyabrın 18-də AMEA-nın Əsas binasında İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr olunan “Azərbaycan iqtisadiyyatı – 25:  keçilmiş yola və gələcəyə baxış” mövzusunda elmi  konfrans keçirildi.

Tədbirdə İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yollarından, xüsusilə iqtisadiyyatda qazanılan uğurlardan danışdı. O, ötən 25 ildə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndiyini, iqtisadiyyatımızın inkişaf etdiyini, mədəniyyətimizin zənginləşdiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Sərəncamın əhəmiyyətini vurğulayan N.İmanov qeyd etdi ki, müasir müstəqil Azərbaycan bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib.

Konfransda akademik Ziyad Səmədzadənin “Azərbaycanın iqtisadi inkişaf strategiyası: gələcək haqqında düşüncələr”, AMEA-nın müxbir üzvü Şahbaz Muradovun “Müstəqillik illərində demoqrafik vəziyyət və məşğulluq: reallıqlar və problemlər”, AMEA-nın müxbir üzvü Əli Nuriyevin “Dərin böhrandan hərtərəfli inkişafa gedən yol”, AMEA-nın müxbir üzvü Akif Musayevin “Yaxın gələcəyin əsas hədəfı: postneft iqtisadiyyatı quruculuğu” mövzusunda məruzələri dinlənildi.

Məruzələrdə müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük bir inkişaf yolu keçdiyi, bütün sahələrdə köklü islahatların aparıldığı, ölkənin böhrandan çıxaraq davamlı və dayanıqlı tərəqqisinə nail olunduğu, dünya birliyində layiqli yer tutduğu xüsusi vurğulandı. Azərbaycanın bugünkü inkişaf yolunun Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yüksək siyasi bacarıqla ardıcıl davam etdirilməsinin nəticəsi olduğu söylənildi.

Alimlər, eyni zamanda, Azərbaycanın gələcək inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşdülər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: