Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Naxçıvan şəhərində məskunlaşma tarixinə dair yeni faktlar
18.10.2016 15:16
  • A-
  • A
  • A+

Naxçıvan şəhərində məskunlaşma tarixinə dair yeni faktlar

Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Naxçıvan şəhəri ərazisində apardığı araşdırmalar nəticəsində 15 oktyabr 2016-cı il tarixində şəhərin ərazisindəki məskunlaşma tarixini daha da qədimləşdirməyə imkan verən yeni yaşayış yeri aşkar edib. Şəhərin ərazisində, Naxçıvan çayının sağ sahilində yeni aşkar olunan yaşayış yeri Erkən Eneolit dövrünə aid edilir.

Vəli Baxşəliyevin sözlərinə görə, yeni abidədə aşkar olunan bəzi keramika nümunələri və əmək alətləri Neolit dövrünün də varlığından xəbər verir. Yeni yaşayış yeri e.ə.VI-V minilliklərlə tarixləndirilə bilər.

Tədqiqatçının fikrincə, gələcək araşdırmalar nəticəsində Naxçıvan şəhəri ərazisində məskunlaşma tarixini 8-9 min il bundan əvvələ aid etmək mümkün olacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: