Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.10.2016 16:23
  • A-
  • A
  • A+

İkinci Azərbaycan Elm Festivalına hazırlıq işləri müzakirə olunub

İkinci Azərbaycan Elm Festivalına hazırlıq işləri müzakirə olunub

Oktyabrın 18-də AMEA Rəyasət Heyətində İkinci Azərbaycan Elm Festivalına hazırlıq işləri ilə bağlı iclas keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva elmin populyarlaşdırılmasında festivalın əhəmiyyətindən danışıb. N.Quliyeva 31 oktyabr - 5 noyabr 2016-cı il tarixlərində keçiriləcək festivala hazırlıq işlərinin Bakı ilə yanaşı, regionlarda da yüksək səviyyədə davam etdiyini vurğulayıb. I Elm Festivalında 15 mindən artıq insanın iştirak etdiyini xatırladan Alimlər Evinin direktoru bu il festivalda təxminən 50 mindən çox insanın iştirakının gözlənildiyini diqqətə çatdırıb.

N.Quliyeva bildirib ki, festival çərçivəsində ölkə alimlərinin ən son nailiyyətləri nümayiş olunacaq, müxtəlif konfranslar, konsertlər, regional elmi mərkəzlərə ekskursiyalar təşkil ediləcək. Həmçinin gənc alimlərin elmin bütün sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, elmi laboratoriyalara ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən cəlbedici şoular, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur.

Qeyd olunub ki, Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində keçiriləcək festival AMEA-nın təşəbbüsü, UNESCO, Azərbaycan Respublikasının Təhsil və Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə baş tutacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: