Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.10.2016 18:42
  • A-
  • A
  • A+

Fizika İnstitutunda rusiyalı alimin elmi məruzəsi dinlənilib

Fizika İnstitutunda rusiyalı alimin elmi məruzəsi dinlənilib

AMEA-nın Fizika İnstitutunda “Bismut və sürmə halkogenidləri əsasında valent zonanın mürəkkəbliyi və zonalararası səpilmə ilə bağlı yükdaşınma hadisələrinin xüsusiyyətləri” mövzusunda seminar keçirilib.

Tədbirdə Sankt-Peterburq Politexnik Universitetinin professoru Sergey Nemovun mövzu ilə bağlı məruzəsi dinlənilib.

S.Nemov mövzunun aktuallığından danışıb, əldə olunan nəticələr və aparılan təcrübələr barədə məlumat verib.

Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Rusiyalı qonaq Fizika İnstitutunun innovasiya sektorunda quraşdırılan maddi-texniki baza ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: