Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar AMEA-nın Elm Tarixi İnstitutunda “dəyirmi masa” təşkil olunub
21.10.2016 10:55
  • A-
  • A
  • A+

Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar AMEA-nın Elm Tarixi İnstitutunda “dəyirmi masa” təşkil olunub

Oktyabrın 21-də AMEA-nın Elm Tarixi İnstitutunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilən “Müstəqillik illərində elm və təhsilin inkişafı” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə institutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli Azərbaycanın müstəqillik tarixi barədə məlumat verib. O, müsəlman Şərqində ilk demokratik respublikanın 1918-ci ildə Azərbaycanda yaradıldığını bildirib. Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq dövlət müstəqilliyini bərpa etdiyini bildirən M.Seyidbəyli müstəqilliyin bərpası və qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin tarixi missiyasından bəhs edib. 

Ötən 25 ildə Azərbaycanda əldə edilən nailiyyətlərdən danışan M.Seyidbəyli bildirib ki, ölkəmizdə elm və təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri elan edilib. Qeyd edilib ki, Ulu öndər Heydər Əliyevin elmi əsaslara söykənən müdrik siyasi kursunu dövlət başçısı İlham Əliyev uğurla davam etdirir.

Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini, ilahiyyat üzrə fəlsəfə doktoru  Səbinə Nemətzadə çıxışında 25 ildə dünya kitabxanalarında və arxivlərində olan əlyazmaların araşdırılması və tədqiq edilməsi barədə danışıb. Məruzəçi, həmçinin  UNESCO-nun “Dünyanın Yaddaşı” proqramının reestrinə daxil edilmiş  Azərbaycan əlyazmalarının mədəniyyətimizin təbliğindəki əhəmiyyətini qeyd edib. 

Daha sonra “Azərbaycan ədəbi dilinin inkişafında müstəqilliyin rolu”, “Son 25 ildə Azərbaycanda tarixşünaslıq və mənbəşünaslığın inkişafı”, “Müstəqillik dövründə milli iqtisadiyyatımızda elmi texniki tərəqqi və innovasiyanın rolu” və digər mövzularda məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: