Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan: Folklor mətnlərində yaşayan tarix” adlı monoqrafiya nəşr olunub
26.10.2016 13:11
  • A-
  • A
  • A+

“Naxçıvan: Folklor mətnlərində yaşayan tarix” adlı monoqrafiya nəşr olunub

AMEA Naxçıvan Bölməsinin müxtəlif profilli institutlarında aparılan elmi-tədqiqat işlərində Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın tarixi, ədəbiyyatı, folkloru və digər elmi sahələri əhatəli şəkildə tədqiq olunur, öyrənilir.

Bu baxımdan İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadənin işıq üzü görmüş monoqrafiyası diqqəti cəlb edir. “Naxçıvan: Folklor mətnlərində yaşayan tarix” adlanan yeni tədqiqat əsərində Naxçıvan folkloru öz zənginliyi, qədimiliyi, xüsusilə semantik anlamı ilə öz əksini tapıb.

Gənc tədqiqatçı monoqrafiyanın nəşrində məqsədinin Azərbaycan folklorunun tərkib hissəsi olan Naxçıvanın folklor mətinlərində adların, xüsusi əhəmiyyətli sözlərin genezisini, mənasını ətraflı araşdırmaq, folklorşünaslıq üçün vacib və əhəmiyyətli sahəni təbliğ etmək olduğunu qeyd edir. Müəllif yeni nəşrdə bu qədim diyarın folklorunu öyrənməyin və araşdırmağın folklorşünaslığımızın zənginləşməsinə töhfə verdiyini, həmçinin ictimai-siyasi əhəmiyyət kəsb etdiyini bildirir.

Monoqrafiyada folklor mətnlərinin semantik şərhi ilə yanaşı, buradakı xüsusi əhəmiyyət kəsb edən adların mənaları da araşdırılır. Araşdırmalar əsasən üç istiqamətdə aparılmışdır. Tədqiqat əsərində Naxçıvan folklor mətnlərində hazırkı dövrdə işlənən və xüsusi əhəmiyyət kəsb edən adlar, müəyyən tarixi dövr kəsiyində Naxçıvan folklorunda təhlil və tədqiq edilir, eyni zamanda folklor mətnlərində xüsusi əhəmiyyət kəsb edən adın və ya folklor nümunəsinin bütövlükdə şərhi verilir.

Yeni nəşr Naxçıvan Muxtar Respublikasının folklor nümunələrində yaşayan tariximizin daha dərindən öyrənilməsi baxımından qiymətli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: