AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə 1917-1918-ci illərdə Qafqaz İslam ordusunun tərkibində döyüşən Türkiyə vətəndaşı Əhməd Əlioğluna məxsus oraq hədiyyə olunub. Eksponatı muzeyə onun nəticəsi Maşidə Məmiş Nimət qızı bağışlayıb.
Orağın metal hissəsinin üzərində döymə üsulu ilə nəbati ornamentlər və 1938-ci il tarixi həkk olunub. Oraq Türkiyə-Azərbaycan qardaşlıq tarixini əks etdirən dəyərli eksponat kimi muzeyin Hədiyyələr və xatirə əşyaları fondunda qorunub saxlanılır.
Məlumat üçün qeyd edək ki, Əhməd Əlioğlu Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakıda əsir olaraq saxlanılıb. Əsirlikdən xilas olduqdan sonra isə o, Türkiyəyə qayıdıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.