Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

01.11.2016 11:21
  • A-
  • A
  • A+

Rusiyada ezamiyyətdə olan azərbaycanlı alim bir sıra görüşlər keçirib

Rusiyada ezamiyyətdə olan azərbaycanlı alim bir sıra görüşlər keçirib

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli 23-28 oktyabr 2016-cı il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Qlobal elm və beynəlxalq əməkdaşlıq” adlı beynəlxalq konfransda  iştirak edib.

Konfransın plenar iclasında azərbaycanlı alim “Polşalılar Azərbaycanda: tarix və müasirlik” mövzusunda məruzəsini təqdim edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Səfər çərçivəsində Məryəm Seyidbəyli Rusiya Elmlər Akademiyasının (REA) Arxivinin Sankt-Peterburq filialı və Şərq Əlyazmalar İnstitutunun kitabxana və arxivlərində olub, Azərbaycanın elm tarixinə dair dəyərli materiallar əldə edib.

M.Seyidbəyli REA-nın Tarix İnstututundakı Elmi Təşkilatların Federal Agentliyinin direktoru, tarix elmləri doktoru Nikolay Smirnov, həmin institutun  şöbə müdiri, tarix elmləri doktoru Aleksandr Çistikov və REA-nın S.İ.Vavilov adına Təbiətşünaslıq və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya elmləri namizədi Nadejda Aşuelova ilə görüşüb, birgə əməkdaşlığa dair fikir mübadiləsi aparıb.

Azərbaycanlı alim, həmçinin REA-nın Şərq Əlyazmaları İnstitutunun direktoru İrina Popova ilə də görüşüb. Görüşdə iki qurum arasında əməkdaşlıq müqaviləsinin imzalanmasına dair qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: