Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Milli Azərbaycan Tarixi Muzeyinin yeni kataloqu nəşrə hazırlanır
02.11.2016 16:37
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinin yeni kataloqu nəşrə hazırlanır

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi fond materiallarına həsr olunan növbəti kataloqu nəşrə hazırlayır. Gələn il nəşri nəzərdə tutulan kataloqlardan biri Arxeologiya fondunun zoomorf təsvirli şirli qablarına həsr olunub.

Kataloqun hazırlanmasında  əsas məqsəd xalqımıza məxsus olan zəngin maddi və mənəvi mədəniyyəti, xüsusilə orta əsr dulusçuluq sənətini təbliğ etmək, tariximizin öyrənilməsində yardımçı ola biləcək əşyavi mənbələri elmi ictimaiyyətə təqdim etməkdir. Kataloqa cəlb edilən arxeoloji materialların əksəriyyəti ilk dəfə nəşr olunacaq.

Təqdim olunacaq kataloq Azərbaycan xalqının çoxəsrlik tarixinin, eləcə də zəngin maddi və mənəvi mədəniyyətinin öyrənilməsində arxeoloq, etnoqraf, sənətşünas və tarixçilər üçün dəyərli mənbə rolunu oynayacaqdır.

Qeyd edək ki, kataloq Milli Azərbaycan Tarixi Muzeyinin bu mövzuda işıq üzü görmüş ilk nəşri olacaq.

Kataloqun ərsəyə gəlməsi üçün Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda mühafizə edilən 229 ədəd zoomorf təsvirli şirli qab və qab parçaları cəlb olunub. Bu nümunələrin əksəriyyəti Azərbaycanın orta əsr yaşayış məskənlərindən – Örənqala (Qədim Beyləqan), Qədim Gəncə, I və II Bəndovan, Qəbələ, Bakı (Abşeron), Şəmkir və Qaratəpədən (Beyləqan) arxeoloji qazıntılar zamanı əldə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: