Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“AMEA-da daxili əmək intizamı Qaydaları” təsdiq olunub
06.02.2014 00:00
  • A-
  • A
  • A+

“AMEA-da daxili əmək intizamı Qaydaları” təsdiq olunub

AMEA Rəyasət Heyəti Azərbaycan Milli Elmlər Akademiyası sistemində daxili əmək intizamını təmin etmək məqsədilə “AMEA-da daxili intizam Qaydaları”nı təsdiq edib. Qaydalar AMEA-nın Nizamnaməsi və Azərbaycan Respublikasının Əmək qanunvericiliyinin tələblərinə uyğun hazırlanıb.

Qaydalarda ümumi müddəalar: İş vaxtı, nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı saatlar; Əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin mükafatlandırılması; Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri; İşçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar; İntizam tənbehinin verilməsi qaydaları; İntizam tənbehi vermək səlahiyyəti olan vəzifəli şəxs; İntizam tənbehinin verilməsi şərtləri və tənbehin vaxtından əvvəl götürülməsi; Bayram günləri, səsvermə günü və ümumxalq hüzn günü kimi məsələlər öz əksini tapıb.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatında, tabeliyində fəaliyyət göstərən elmi müəssisə və digər təşkilatlarda əmək və icra intizamı bu Qaydalarla tənzimlənəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: