Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.11.2016 14:48
  • A-
  • A
  • A+

Azərbaycanın erkən dövlətçilik tarixinə dair aparılan arxeoloji tədqiqatlar diqqət mərkəzindədir

Azərbaycanın erkən dövlətçilik tarixinə dair aparılan arxeoloji tədqiqatlar diqqət mərkəzindədir

Bu gün AMEA-nın Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirildi.

Bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan İEB-in akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova gündəlikdəki məsələləri diqqətə çatdırdı.

Sonra Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli “Azərbaycanın erkən dövlətçilik tarixi arxeoloji tədqiqatlarda” mövzusunda məruzəsini təqdim etdi. O, Azərbaycanda ilkin dövlətçilik ənənələrinin yaranmasının yaxın Şərqdə cərəyan edən mədəni-iqtisadi proseslərlə birbaşa bağlı olduğunu bildirdi. Məruzəçi arxeoloji abidələrin, maddi mədəniyyət qalıqlarının Azərbaycanın qədim dövlətçilik tarixinin öyrənilməsindəki rolundan bəhs edərək, ölkəmizdə uzun illər aparılan arxeoloji qazıntılar, çöl tədqiqat işləri haqda ətraflı məlumat verdi.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı.

İclasda “Gənclər üçün Prezident Mükafatı”na təqdim olunacaq namizədlərin müəyyənləşdirilməsi, bölmənin elmi tədqiqat müəssisələrinin elmi metodiki seminar üçün təqdim etdikləri mövzu adları və digər məsələlərə də baxıldı.

Sonda bir sıra kadr məslələri müzakirə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: