Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Amin İsmayılov Qazaxıstanda beynəlxalq tədbirdə iştirak edib
10.11.2016 09:05
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Amin İsmayılov Qazaxıstanda beynəlxalq tədbirdə iştirak edib

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq coğrafi-informasiya sistemləri laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Amin İsmayılov 31 oktyabr-4 noyabr 2016-cı il tarixlərində Qazaxıstanın  Almatı şəhərində  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkil etdiyi Rəqəmsal Torpaq Xəritəçiliyi üzrə beynəlxalq  tədbirdə iştirak  edib.

Tədbir FAO tərəfindən qəbul edilmiş müasir geoinformasiya texnologiyaları əsasında rəqəmsal torpaq xəritələrinin tərtibində işlədilən yeni proqram vasitələrinin istifadəsinə həsr olunub.

Tədbir çərçivəsində FAO mütəxəsislərinin rəhbərliyi altında R studio və QGİS proqram vasitələrindən istifadə etməklə müxtəlif torpaq xəritələrinin rəqəmsal formatda tərtibinin yeni üsulları üzrə təlimlər keçirilib, iştirakçılara Torpaq İnformatikası və Rəqəmsal Torpaq Xəritəçiliyi üzrə sertifikatlar təqdim olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: