Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.11.2016 15:27
  • A-
  • A
  • A+

Rus qafqazşünası Rudolf İvanovun şəxsi kolleksiyasının təqdimatı olub

Rus qafqazşünası Rudolf İvanovun şəxsi kolleksiyasının təqdimatı olub

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) professor, Rusiya Jurnalistlər və Yazıçılar ittifaqlarının üzvü, Azərbaycanın “Dostluq” ordeni kavaleri, AMEA-nın Tarix İnstitutunun fəxri doktoru, Naxçıvan Dövlət Universitetinin fəxri professoru, BMT-nin “Dünya informasioloqlar elitası” beynəlxalq müsabiqəsinin laureatı, rus qafqazşünası Rudolf İvanovun şəxsi kolleksiyasının təqdimatı olub.

Kitabxananın direktoru, Tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kolleksiyaların tanıdılmasının məqsədinin burada mühafizə edilən zəngin ədəbiyyatı, tarixi faktları, Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaq olduğunu söyləyib.

Sonra MEK-ın əməkdaşı Gülnar Məmmədova R.İvanovun həyatı, elmi və pedaqoji fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, alim 28 kitab, iki yüzdən çox tarixi məqalə və oçerkin müəllifidir. Alim Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsində göstərdiyi xüsusi xidmətlərə görə 2009-cu ildə “Dostluq” ordeni ilə təltif olunub. R.İvanovun kolleksiyasının kitabxanada 2012-ci ildə yaradıldığı, sənədlərin Heydər Əliyev Fondu tərəfindən təqdim olunduğu vurğulanıb.

Çıxış edənlər alimin əsərlərinin tarixi aktuallığından danışıb, onun Azərbaycana səfərindən və tədqiqatlarından söz açıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: