Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Orta əsrlər Azərbaycan tarixinə aid ərəb mənbələrindən seçmələr” kitabı çapdan çıxıb
14.11.2016 10:57
  • A-
  • A
  • A+

“Orta əsrlər Azərbaycan tarixinə aid ərəb mənbələrindən seçmələr” kitabı çapdan çıxıb

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Orta əsrlər Azərbaycan tarixinə aid ərəb mənbələrindən seçmələr” kitabı nəşr olunub. İnstitutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nüşabə Bayramlı kitabda təqdim olunan seçmələrin tərcüməsi, qeyd və şərhlərin yazılması və tərtibini həyata keçirib.

Kitabda Əbu Duləfin “İkinci Risalə (məktub)”, Əl-İstəxrinin “Kitab məsalik əl-məmalik” (“Məmləkətlərin yolları kitabı”), Şihabəddin ən-Nəsəvinin “Sirat əs-Sultan Cəlaləddin Mənkburnunun həyatının təsviri” əsərlərindən çıxarışların tərcüməsi təqdim olunur.

Mənbələrin hər birində Azərbaycanın tarixi, coğrafiyası, etnik tərkibi, yeraltı və yerüstü sərvətləri, tarixi-memarlıq abidələri, adət-ənənələri və s. barədə çoxlu maraqlı və qiymətli məlumatlar yer alıb.

Qeyd edək ki, həmin mənbələrdən alınan çıxarışların tərcüməsi ərəbcə mətnlərlə tutuşdurulmaqla digər dillərdəki variantlar əsasında hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: