Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

"Azərbaycanda fəlsəfə, tolerantlıq və multikulturalizm" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
14.11.2016 12:25
  • A-
  • A
  • A+

"Azərbaycanda fəlsəfə, tolerantlıq və multikulturalizm" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Noyabrın 17-də saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında YUNESKO-nun təsis etdiyi "Ümumdünya Fəlsəfə Günü" münasibətilə "Azərbaycanda fəlsəfə, tolerantlıq və multikulturalizm" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbir AMEA-nın Fəlsəfə İnstitutu, Azərbaycan Respublikasıın Prezidenti yanında Bilik Fondu, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə reallaşacaq.

Ünvan: Bakı ş., H.Cavid pr., 129.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: