Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

“Yer və yerin süni peyklərinin təhlükəsizliyi problemləri” mövzusunda elmi seminar keçirilib
14.11.2016 17:21
  • A-
  • A
  • A+

“Yer və yerin süni peyklərinin təhlükəsizliyi problemləri” mövzusunda elmi seminar keçirilib

Noyabrın 9-12-də Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Aleksey Pozanenko,  M.V. Keldış adına Tətbiqi Riyaziyyat İnstitutunun aparıcı elmi işçisi İqor Molotov və V.N. Karazin adına Ukrayna Respublikası Xarkov Milli Universitetinin Astronomiya Elmi Tədqiqat İnstitu­tunun aparıcı elmi işçisi Yuri Kruqlıy AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olublar.

Rəsədxananın dəvəti ilə baş tutan səfər çərçivəsində bu müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun rəhbərliyi ilə “Yer və yerin süni peyklərinin təhlükəsizliyi problemləri” mövzusunda multidissiplinar xarakterli elmi seminar keçirilib.

Tədbirdə Yerə tərəf  hərəkətdə olan asteroidlərin və süni şəkildə kosmosa atılan tullantıların axtarışı, onların koordinatlarının təyini üçün dünya ölkələri tərəfindən kiçik, lakin geniş baxış bucağına malik teleskoplar şəbəkəsinin istifadəsi, onların iş prinsipləri haqqında məlumat verilib. Həmçinin seminarda rəsədxananın meqa elmi-tədqiqat layihələrinə qoşulması məsələsi də müzakirə edilib.

Sonda qonaqlar rəsədxana ilə də tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: